Milli Məclisdə qadınların həftəsonu işləməməsi təklif edilib.
Demokrat.az xəbər verir ki, bu barədə deputat Rauf Əliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci ilə dair hesabatının müzakirəsi zamanı danışıb.
Deputat bildirib ki, qadınların ailənin həyatında rolu böyükdür. Onlara uşaqları ilə daha çox vaxt keçirə bilmələri üçün imkan yaradılmalıdır.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə hesab edir ki, bu məsələni təkcə qadınlarla məhdudlaşdırmaq doğru deyil.
Məsələyə münasibət bildirən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Demokrat.az-a açıqlamasında qadınlara belə imtiyazların verilməsinin əleyhinə olduğunu qeyd edib:

“Əmək bazarında sosial məzuniyyətlərin sayı çoxdur – dnə olduğunu qeyd edib:oğuşa görə verilən məzuniyyət müddəti, işdən tez çıxmaq imkanı, müəyyən günlər işləməmək. Bunlar qadınları kişilərlə rəqabətdə geri salan faktorlardır. Nəticədə qadınlar rəqabətdə uduzur, kişilər kariyerada daha çox irəliləyə bilir. Qadınlara qarşı iş yerlərində həm vertikal, həm də üfüqi ayrıseçkiliyin olmasının səbəblərindən biri də budur. Ailə qayğılarına görə qadınlar iş mühitindən aralanmalı olurlar. Bununla da əks cinsə peşə bacarığında və bilikdə uduzurlar.
Müasir dövr hər gün inkişaf etməyi tələb edir. Ona görə də şəxsən mən bu təklifin əleyhinəyəm”.
Törə Zeynallı Demokrat.az


