Sosial

Koronavirusla mübarizədə iştirak edən tibb işçiləri ilə bağlı QƏRAR

Koronavirusla mübarizədə iştirak edən tibb işçiləri ilə bağlı QƏRAR

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bu müddət 2024-cü il yanvarın 2-dək uzadılıb.

Əvvəlki qərarla həmin müddət 2023-cü il oktyabrın 2-dək nəzərdə tutulmuşdu.

D
demokrat.az