Banqladeşin Koks-Bazar şəhərində Hamoon siklon qasırğası baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumatlara görə, qasırğa nəticəsində 3 nəfər ölüb, 63 nəfər yaralanıb.
Həmçinin yaralanan 63 nəfərdən 18-nin müalicəsinin davam etdiyi bildirilib.
İlkin ehtimala görə, qasırğada 30 minə yaxın ev və elektrik rabitə xətləri də zədələnib.
Aysu Demokrat.az


