"İsveç üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdi".
Demokrat.az xəbər verir ki, bu fikirləri İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı danışan NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
O deyib ki, İsveç öz üzərinə götürdüyü öhdəlikləri lazımi şəkildə yerinə yetirib:
"İsveç konstitusiyasını, qanunlarını dəyişdi, terrorla mübarizə əməkdaşlığını genişləndirdi və Türkiyəyə silah ixracını davam etdirdi. Bütün öhdəlikləri düzgün formada yerinə yetirdi. İsveçi NATO-nun tamhüquqlu üzvü kimi qəbul etməyi səbirsizliklə gözləyirik".
Aysu Demokrat.az


