Danimarka Qəzza zolağında davam edən münaqişə ilə əlaqədar daha çox yardım göndərəcəklərini bildirib.
Demokrat.az xəbər verir ki, bu barədə Danimarkanın baş naziri Mette Frederiksen açıqlama verib.
Onun sözlərinə görə, Danimarka müharibə bölgəsinə humanitar yardım üçün daha çox pul göndərəcək:
"İsrail-Fələstin münaqişəsində ən çox təsirlənən uşaqlardır. Beynəlxalq hüquqa uyğun olaraq mülki insanları qorumaq hər birimizin borcudur. Danimarka bundan əvvəl Fələstindəki mülki şəxslərə humanitar yardım üçün 50 milyon dollar bağışlayıb. Yardımlarımız davam edəcək".
Qeyd edək ki, dünən paytaxt Kopenhagendə parlament binası qarşısına toplaşan minlərlə insan İsrailin Qəzzaya hücumlarına etiraz edib.
Aysu Demokrat.az


