Türkiyədə 4 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə "DHA" məlumat yayıb.
Məlumata əsasən, hadisə ölkənin İstanbul şəhərində baş verib.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə və xilasetmə qrupları göndərilib.
Yanğın nəticəsində 4 nəfərin xəsarət aldığı, 1 azyaşlının isə vəfat etdiyi bildirilib.
Həmçinin yanğında binanın 2 mənzili yararsız vəziyyətə düşüb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Aysu Demokrat.az


