Gündəm Özəl

“Kim zəmanət verə bilər ki, müalicədən sonra...” — Narkotik istifadəçiləri əsgərliyə getməlidir?

“Kim zəmanət verə bilər ki, müalicədən sonra...” — Narkotik istifadəçiləri əsgərliyə getməlidir?

Deputat Fazil Mustafa narkotik istifadəçilərinin müalicə olunaraq hərbi xidmətə cəlb olunmalı olduğunu deyib.

Demokrat.az xəbər verir ki, o bu barədə Milli Məclisdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı fikirlərini bildirib.

“Xaricdə əsgərlikdən 3-4 il əvvəl çağırırlar və yoxlanış olur. Biz də belə etməliyik. Xəstəliyi olanlara müalicə imkanı yaradılmalıdır. İkinci məsələ narkotiklə bağlıdır. Yəni narkotik istifadə edənin əsgərliyə getməməsi məsələsi olmamalıdır, onların müalicəsi təmin edilməlidir”.

Məsələyə Demokrat.az-a açıqlamasında münasibət bildirən hərbi ekspert Telman Qasımov deputatın fikri ilə qəti razı deyil:

“Narkomanların neçə faizi müalicədən sonra sağalır? Kim zəmanət verə bilər ki, müalicədən sonra xidmətə gedənlər orduda normal olan övladlarımızı yoldan çıxarıb, narkomaniyaya aludə etməyəcək? Hərbi xidmətə cəlb olunanların fiziki sağlamlığı qədər psixoloji vəziyyəti də yerində olmalıdır. Narkotik istifadəçilərinin əsgərliyə getməsini doğru hesab etmirəm”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova