Dünya Özəl

Livan ərazisindən İsrail sərhədinə yenidən hücum edildi

Livan ərazisindən İsrail sərhədinə yenidən hücum edildi

Bu gün ikinci dəfə Livan ərazisindən İsrail sərhədinə hücum edilib.

Demokrat.az xəbər verir ki, bu barədə İsrail Ordusundan yazılı açıqlama verilib.

Açıqlamaya görə, İsrail sərhəd nöqtələri Livan tərəfindən artilleriya atəşinə tutulub.

Qeyd edək ki, əvvəlki açıqlamada sərhəddə yerləşən Metula qəsəbəsinə tank əleyhinə raket atıldığı və 3 nəfərin yaralandığı bildirilib.

Aysu Demokrat.az

D
demokrat.az