"Nigeriyada əksəriyyəti şimal bölgələrindən olan 7,6 milyon məktəb yaşlı qız təhsildən məhrumdur".
Demokrat.az xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Nigeriya nümayəndəsi Kristian Munduate bildirib.
O deyib ki, dünyada məktəbə getməyən uşaqların yüzdə 15-i Nigeriyadadır:
"Nigeriyada 7,6 milyon qız uşağı təhsil almaq imkanından məhrum olub və əksəriyyəti şimal bölgəsində yaşayır. Qızların yalnız yüzdə 9-unun orta məktəbə getmək şansı var. Bu rəqəmlər təkcə statistik məlumat deyil, həm də bizim üçün bir xəbərdarlıqdır. Bu xəbərdarlıqdan sonra qızların təhsil alma imkanlarının artacağına ümid edirik".
Aysu Demokrat.az


