Qəzzada didərgin düşənlərin sayı 338 mini keçib.
Demokrat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi məlumat yayıb.
Məlumatda, İsrail-Fələstin münaqişəsinin başlamasından bu yana 338 mindən çox fələstinlinin evlərini tərk etməli olduğu qeyd edilib.
Qeyd edək ki, BMT-nin baş katibi əvvəlki açıqlamasında, Qəzzada köçkün olan 220 min fələstinlinin BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) bağlı obyektlərdə sığınacağını bildirmişdi.
Aysu Demokrat.az


