Tayvanın şərqində 5,2 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə ABŞGeoloji Tədqiqat Mərkəzi (USGS) məlumat yayıb.
Bildirilib ki, Luqu rayonundan 78 kilometr cənub-şərqdə 5,2 bal gücündə zəlzələ baş verib.
Təxminən 17,5 kilometr dərinlikdə baş verən zəlzələdə hələlik insan itkisi və dağıntı qeydə alınmayıb.
Aysu Demokrat.az


