BMT Qəzza zolağının humanitar yardıma açılmasa, bölgənin fəlakətlə üzləşəcəyini bəyan edib.
Demokrat.az xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) sözçüsü Adnan Əbu Həsna xəbərdarlıq edib.
O bildirib ki, İsrail Qəzza zolağında bütün sərhəd qapılarını bağlamağa davam edir:
"Artıq bölgəyə humanitar yardımın çatdırılması qeyri-mümkün olacaq. Su, tibbi ləvazimatlar və qida da daxil olmaqla humanitar yardımın çatdırılması üçün təhlükəsiz dəhlizlər açılmasa, Qəzza zolağı fəlakətin şahidi olacaq. Hətta, yaxın saatlarda Qəzzada benzin tükənəcək və xəstəxanalar xidmətdən çıxacaq".
Aysu Demokrat.az


