Dünya Özəl

İtaliya öz vətəndaşlarını İsraildən təxliyə etməyə başlayır

İtaliya öz vətəndaşlarını İsraildən təxliyə etməyə başlayır

İtaliya İsraildəki vətəndaşlarını təxliyə etməyə başlayır.

Demokrat.az xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, İtaliya Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarələri ilə təxliyə uçuşları həyata keçirilib.

Uçuşlar zamanı təxminən 200 nəfərlik ilk qrup Romaya gətirilib.

Qeyd edək ki, İsraildən təxliyyə ediləcək vətəndaşlar üçün daha 2 uçuş həyata keçiriləcək.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova