Türkiyədə 3 mərtəbəli binanın 1-ci mərtəbəsində güclü yanğın baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin paytaxtı Ankarada baş verib.
Yanğın nəticəsində 6 aylıq körpə dünyasını dəyişib, 2-si ağır olmaqla 5 nəfər xəsarət alıb.
Bölgəyə çoxlu sayda yanğınsöndürmə, xilasetmə və təcili tibbi yardım qrupları göndərilib.
Yaralılar yanğınsöndürənlər tərəfindən mənzildən çıxarılaraq xəstəxanaya çatdırılıb. Yanğınla bağlı araşdırmalara başlanılıb.
Aysu Demokrat.az


