Dünya

Əfqanıstanda yenidən zəlzələ oldu

Əfqanıstanda yenidən zəlzələ oldu

Əfqanıstanın qərbində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 272 min nəfər əhalisi olan Herat şəhərindən 40 km şimalda olub.

Xatırladaq ki, oktyabrın 7-si Əfqanıstanda 6,2 bal gücündə iki zəlzələ baş verib.

NE
Nihadə Eyyubova