Dünya

İsrail səfirliyi: HƏMAS 100 israillini qaçırıb

İsrail səfirliyi: HƏMAS 100 israillini qaçırıb

İsrailə hücum fələstinli silahlılar onlarla hərbçi və mülki vətəndaşı girov götürüb. Hazırda onların rəsmi sayı məlum deyil, lakin İsrailin ABŞ-dakı səfirliyinin məlumatına görə, əsir götürülən azı 100 vətəndaş var.

Qaynarinfo bu barədə BBC-yə istinadən xəbər verir.

Hələlik İsrail hökuməti bu məlumatı təsdiqi etməyib. İsrail ordusu Qəzza zolağında "əhəmiyyətli" sayda mülki vətəndaş və hərbçinin girov saxlanıldığını bildirib.

Bundan əlavə, "The Guardian"ın Fələstin Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində 20-si uşaq olmaqla azı 313 fələstinli həlak olub, 2000-ə yaxın fələstinli yaralanıb.

Eyni zamanda, İsrail KİV-i xilasetmə xidmətinin nümayəndələrinə istinadən xəbər verir ki, azı 300 israilli, o cümlədən 30 əsgər həlak olub, 1800-dən çoxu yaralanıb.

Qeyd edək ki, dünən HƏMAS yaraqlıları İsrail ərazisinə soxularaq, yolboyu insanları öldürüb və əsir götürüblər. Yaraqlılar İsrailin hərbi texnikasını da ələ keçirə biliblər.

Bundan əlavə, dünən Qəzza zolağından İsrailə ən böyük raket hücumlarından biri də edilib.

D
demokrat.az