İran HƏMAS-ın İsrailə hucumunu dəstəkləyir.
Demokrat.az bildirir ki, bu barədə İranın ali dini rəhbəri Xamneyinin baş hərbi müşaviri, general Yəhya Səfəvi bəyan edib.
“Biz “Əl-Əqsa Fırtınası” əməliyyatını dəstəklədiyimizi bəyan edirik. Əminik ki, Müqavimət Cəbhəsi də onu dəstəkləyəcək”, – deyə general-mayor Yəhya Rəhim Səfəvi bildirib.
General Səfəvi bildirib ki, “Fələstin və Qüdsün azad edilməsinə qədər Fələstin mücahidlərinin yanında qalacaqlar”.
O, bu barədə Tehranda Fələstinli Uşaq və Yeniyetmələrlə 6-cı Beynəlxalq Həmrəylik Konfransında bildirib.//Azpost.info


