Bakının Qaradağ rayonunda qardaşına ağır xəsarət yetirməkdə ittiham olunan Əliabbas Pirquliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Siyavuş Hacıyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
Ittihama görə, hadisə paytaxtın Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən evlərin birinin həyətində qeydə alınıb.
Belə ki, 1980-ci il təvəllüdlü İbrahim Pirquliyev ailə münaqişəsi zəminində bacısı, 1989-cu il təvəllüdlü S.Pirquliyeva və qardaşı 1995-ci il təvəllüdlü Əliabbas Pirquliyevlə dalaşıb. Nəticədə Əliabbas Pirquliyev bıçaqdan istifadə edərək İbrahim Pirquliyevin qarın nahiyəsinə bir dəfə zərbə endirib.
Daha sonra Əliabbas Pirquliyev şübhəli şəxs qismində tutulub.
Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Fariz Məlikli Demokrat.az


