Türkiyənin Kahramanmaraş vilayətində 4,3 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə "AFAD" məlumat yayıb.
Məlumata əsasən, zəlzələ Kahramanmaraşın Onikişubat rayonunda qeydə alınıb.
Saat 18.23-də baş verən zəlzələ yerin 11.03 kilometr dərinliyində hiss olunub.
Qeyd edək ki, zəlzələ nəticəsində dağıntı və ya itki hadisəsi baş verməyib.
Aysu Demokrat.az


