Dünya Özəl

ABŞ-də təyyarə evin üzərinə düşdü: Ölənlər var

ABŞ-də təyyarə evin üzərinə düşdü: Ölənlər var

ABŞ-nin Oreqon ştatında kiçik təyyarə qəza nəticəsində evin üzərinə düşüb.

Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Məlumata əsasən, qəzada təyyarədə olan 22 yaşlı uçuş təlimatçısı və 20 yaşlı tələbəsi həyatını itirib.

Təyyarədə olan digər sərnişin isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Yanğın İdarəsi və xilasetmə qrupu evdə yaşayan insanların təhlükəsiz şəkildə təxliyyə edildiyini və xəsarət alan olmadığını açıqlayıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova