Dünya Özəl

İtaliyada "super avtomobil" turu zamanı dəhşətli qəza

İtaliyada super avtomobil turu zamanı dəhşətli qəza

İtaliyanın Sardiniya adasında "super avtomobil" turu zamanı dəhşətli qəza baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Bildirilib ki, tur zamanı "Ferrari" və "Lamborghini" markalı avtomobillər zəncirvari yol qəzasına düşüb.

Dəhşətli qəzada iki nəfər həyatını itirib. Yaralıların da olduğu bildirilir.

Səlahiyyətlilər bildirib ki, hazırda faktla bağlı araşdırmalara başlanılıb. Təfərrüatlar araşdırılır.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova