Misirin şimal-şərqində İsmailiyyə Polis İdarəsində naməlum səbəbdən yanğın baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə Misirin rəsmi agentliyi "MENA" məlumat yayıb.
Məlumata görə, yanğın nəticəsində 38 nəfər xəsarət alıb.
Yanğının söndürülməsi üçün əraziyə göndərilən xilasetmə qrupları alovu nəzarətə götürüb.
Qeyd edək ki yanğın nəticəsində idarənin bəzi hissələri yararsız vəziyyətə düşüb.
Aysu Demokrat.az


