Hadisə

Kürdəmirdə həmkəndlilər arasında dava düşdü: Xəsarət alanlar var

Kürdəmirdə həmkəndlilər arasında dava düşdü: Xəsarət alanlar var

Kürdəmirdə həmkəndlilər arasında dava düşüb, xəsarət alanlar var.

“Report”xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb.

Dava zamanı kənd sakinləri 24 yaşlı İmran Sarvan oğluUsubovvə 30 yaşlı Şirxan Kamran oğluMürşüdovmüxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova