ABŞ prezidenti Co Bayden Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Çarlz Mişellə görüşəcək.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Bildirilib ki, Co Bayden oktyabrın 20-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Çarlz Mişel ilə görüşəcək.
Aİ-nin yüksək səviyyəli rəsmisi bildirib ki, görüşün məqsədi transatlantik tərəfdaşlığı gücləndirmək, Ukrayna ilə bağlı güclü mesaj vermək, Rusiyaya qarşı sanksiyaları və bu sanksiyaların pozulmasının qarşısını almaq yollarını müzakirə etməkdir.
Aysu Demokrat.az


