Dünya Özəl

ABŞ-dən Polşa ordusuna 2 milyard dollarlıq DƏSTƏK

ABŞ-dən Polşa ordusuna 2 milyard dollarlıq DƏSTƏK

Amerika Birləşmiş Ştatları Polşa ordusunu modernləşdirməyə kömək etmək üçün ona 2 milyard dollarlıq Xarici Hərbi Maliyyələşdirmə krediti verəcək.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada, ABŞ ilə Polşa arasında 2 milyard dollarlıq birbaşa kredit sazişi imzalandığı bildirilib.

Həmçinin, Polşanın təhlükəsizliyinin NATO-nun kollektiv müdafiəsi üçün həyati əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova