Gündəm Özəl

“Mövcud rejim Qarabağdakı ermənilərin beynini zəhərləyib” — Politoloq

“Mövcud rejim Qarabağdakı ermənilərin beynini zəhərləyib” — Politoloq

“Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilər buraya müxtəlif şirnikləndirici vədlərdə gətirilmişdi. Əksəriyyəti yerli əhali deyildi, Suriya, İraq və bir sıra Avropa ölkələrindən köçürülmüşdü. Aydın məsələ idi ki, nə vaxtsa getmək istəyəcəklər”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. O qeyd edib ki, Azərbaycan tərəfi reinteqrasiya prosesində maraqlıdır:

“Bu da Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları ilə başlaya bilər. Bir məsələ də var ki, burada yaşayan insanların əksəriyyəti Ermənistan pasportu daşıyıb, Azərbaycanda qalmaları doğru olmazdı. Prezident də bildirmişdi ki, getmək istəyənlərə mane olmayacağıq, bayrağımız altında yaşamaq istəməyən, yurisdiksiyamızı qəbul etməyənlər gedə bilərlər. Qalmaq istəyənlərlə reinteqrasiya prosesini davam etdirəcəyik. Bu prosesə heç kim mane ola bilməz.

Qarabağdakı bir çox erməninin beyni uzun illərdir ki, mövcud rejim tərəfindən zəhərlənib. Onların Azərbaycanla bağlı təəssüratları yaxşı deyil. Bizdən bir növ həm də qorxurlar. Ona görə də qaçırlar. Getməkləri bizi təəssüfləndirmir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova