Çilinin cənubunda Villarrica vulkanı ilə bağlı narıncı xəbərdarlıq edilib.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Milli Geologiya Xidməti məlumat yayıb.
Məlumata əsasən, paytaxt Santyaqonun cənubunda vulkanın aktivliyinin artmasından sonra xəbərdarlıq səviyyəsi "sarı"dan "narıncı"ya yüksəldilib.
Ərazidə yaşayan sakinlərdən diqqətli olmaları xahiş olunub.
Aysu Demokrat.az


