Dünya Özəl

Məktəb avtobusu aşdı: 2 ölü, 5 yaralı

Məktəb avtobusu aşdı: 2 ölü, 5 yaralı

ABŞ-ın Nyu-York ştatında orta məktəb şagirdlərini daşıyan avtobus aşıb.

Demokrat.az xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə ağır yaralanıb.

Qəzadan sonra magistral yolda hərəkət dayandırılıb və xilasetmə işlərinə başlanılıb.

Avtobusun məktəblilərin səyahəti üçün tutulduğu və təxminən 44 nəfəri daşıdığı bildirilir.

Qeyd edək ki, qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova