Suriyanın şimalında Fərat Qalxanı və Zeytun Budağı bölgələrində hücuma hazırlaşan 12 PKK terrorçusu türk ordusu tərəfindən zərərsizləşdirilib.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təhlükəsizlik qüvvələri həm ölkə daxilində, həm də sərhəddən kənarda terrorla mübarizəni qətiyyətlə davam etdirir:
"Milli Müdafiə Nazirliyi Fərat Qalxanı və Zeytun Budağı bölgələrində hücuma hazırlaşan daha 12 PKK terrorçusunu zərərsizləşdirib. Əməliyyat tədbirlərimiz davam edir".
Aysu Demokrat.az


