Dünya Özəl

Beynəlxalq Cinayət Məhkəməsi kiberhücuma məruz qaldı

Beynəlxalq Cinayət Məhkəməsi kiberhücuma məruz qaldı

Müharibə cinayətlərini mühakimə edən və onlarla bağlı çox həssas sənədləri olan Beynəlxalq Cinayət Məhkəməsi (BCM) kompüter sisteminin kiberhücuma məruz qaldığını açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə "Euro News" məlumat yayıb.

Məlumata əsasən, BCM kompüter şəbəkəsində naməlum fəaliyyət aşkar edib və araşdırmalara başlanılıb.

Kiberhücumun nə dərəcədə ciddi olduğu, onun tam həll edilib-edilməməsi və ya onun arxasında kimin ola biləcəyi ilə bağlı açıqlama verilməyib.

Qeyd edək ki, dünyadakı bütün hərbi və insanlığa qarşı cinayətləri mühakimə edən BCM 2002-ci ildə Hollandiyanın Haaqa şəhərində yaradılıb.

Aysu Demokrat.az

D
demokrat.az