Türkiyənin İzmir vilayətində əyləncə mərkəzində yanğın baş verib.
Demokrat.az xəbər verir ki, hadisə vilayətin Bayraklı rayonunda baş verib.
Naməlum səbəbdən baş verən yanğın nəticəsində 1 nəfər həyatını itirib.
Əraziyə xilasetmə və təcili tibbi yardım qrupları cəlb olunub.
Saatlarla davam edən müdaxilədən sonra yanğın söndürülüb.
Hadisənin təfərrüatları araşdırılır.
Aysu Demokrat.az


