İordaniya İsrailin işğal olunmuş Fələstin ərazilərində gərginliyi artıran hücumlarını pisləyib.
Demokrat.az xəbər verir ki, bu barədə İordaniya Xarici İşlər Nazirliyi yazılı açıqlama verib.
Açıqlamada, İsrailin hücumlarla bölgədə gərginliyin artırmasını şiddətlə qınadıqları bildirilib.
İsrailin hücumlarının səbəb olduğu eskalasiyanın şiddət və pisləşmə dövrünə səbəb olması ilə bağlı xəbərdarlıq edilib.
Həmçinin, Fələstin şəhərlərinə qarşı bütün hücumların dayandırılması lazım olduğu vurğulanıb.
Aysu Demokrat.az


