Hadisə Özəl

Sərnişin avtobusu aşdı: Yaralananlar var

Sərnişin avtobusu aşdı: Yaralananlar var

Türkiyənin Başakşehir bölgəsində sərnişin avtobusu aşıb.

Demokrat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, qəzada avtobusda olan biri uşaq olmaqla 5 nəfər yaralanıb.

Yaralılar hadisə yerinə gələn təcili tibbi yardım qruplarının müdaxiləsinin ardından xəstəxanaya yerləşdirilib.

Qəzanın təfərrüatları araşdırılır.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova