Çinin xarici işlər naziri Vanq Yi Rusiyada xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.
Demokrat.az xəbər verir ki, bu barədə Rusiya XİN-dən bildirilib.
Məlumata əsasən, görüşdə tərəflər dinamik inkişaf edən Rusiya-Çin münasibətlərinin hazırkı vəziyyətini qiymətləndiriblər .
Nazirlər Ukraynadakı mövcud vəziyyəti ətraflı müzakirə edib. Həmçinin Sergey Lavrov Şimali Koreya dövlət başçısı Kim Çen Inın Rusiyaya rəsmi səfərinin əsas nəticələri barədə danışıb.
Aysu Demokrat.az


