103 Çin hərbi təyyarəsi Tayvan adasının ətrafında uçuşlar həyata keçirib.
Demokrat.az xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, 103 təyyarədən 40-ı Tayvanın “Hava Hücumundan Müdafiə İdentifikasiya Zonası (ADIZ)” elan etdiyi ərazidə uçuşlar həyata keçirib.
Həmçinin 10 "SU-30", 12 "J-10", 4 "J-11", 10 "J-16" tipli müharibə 2 "Y-20" tipli təyyarə Tayvan boğazında nominal "mərkəz xəttini" keçib.
Son olaraq, Çin “birtərəfli dağıdıcı hərəkətlərinə son qoymağa” çağırılıb, onun davam edən hərbi təqiblərinin yalnız Tayvan boğazında gərginliyi artıracağı bildirilib.
Aysu Demokrat.az


