Dünya

Rusiyada COVİD-19-a yoluxmalar artdığına görə məhdudiyyətlər tətbiq oluna bilər

Rusiyada COVİD-19-a yoluxmalar artdığına görə məhdudiyyətlər tətbiq oluna bilər

Rusiyada kəskin respirator infeksiya virusu, qrip və COVID-19-a yoluxma hallarının payızda artması fonunda bəzi müəssisələrdə müvəqqəti olaraq müəyyən lokal məhdudlaşdırılmalar tətbiq oluna bilər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un mətbuat xidmətindən bildirilib.

“Ciddi səbəblər olmadıqca, maska​​rejimi kimi məhdudlaşdırıcı tədbirlər planlaşdırılmır. Müəssisələrdə müəyyən müddətə yerli məhdudiyyətlər tətbiq oluna bilər”, - deyə qurumdan verilən açıqlamada vurğulanıb.

Operativ qərargahın məlumatına görə, son bir həftə ərzində Rusiyada COVID-19-a yoluxma halları əvvəlki həftə ilə müqayisədə təxminən 50% artıb. Sentyabrın 4-dən 9-dək 1636 nəfər COVID-19 infeksiyası ilə xəstəxanalara yerləşdirilib, 7688 yoluxma aşkarlanıb.

Sentyabrın 18-dən Rusiya Hökumət Evində maska​​rejiminin bərpa olunacağı da bildirilib.

NE
Nihadə Eyyubova