Kubanın ev sahibliyi ilə Asiya, Afrika və Latın Amerikasından bir çox dövlət başçılarının iştirakı ilə “G77+Çin” sammiti keçiriləcək.
Demokrat.az xəbər verir ki, səlahiyyətlilərdən verilən açıqlamaya görə, sammit 15-16 sentyabr tarixlərində paytaxt Havanada keçiriləcək.
Sammit Kuba Prezidenti Miqul Diaz Canel və Birləşmiş Millətlər Baş katibi Antonio Quterreşin açılış nitqi ilə başlayacaq.
Zirvədə Canel və Quterreş ilə birlikdə Braziliya Prezidenti Luiz İnasio Lula da Silva, Argentina Prezidenti Alberto Fernandes və Cənubi Afrika Prezidenti Siril Ramafosa da daxil olmaqla bir çox ölkənin nümayəndələri iştirak edəcək.
Aysu Demokrat.az


