Birləşmiş Millətlər Təşkilatı daşqınların baş verdiyi Liviyaya təcili yardım fondu üçün 10 milyon dollar ayırıb.
Demokrat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər (BMT) Baş katibin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Martin Griffits bildirib.
O deyib ki, Liviyadakı fəlakətin miqyası sarsıdıcı və acınacaqlıdır:
"Selin baş verdiyi ərazilər xəritədən silinib. Minlərlə insan ölüb, on minlərlə insan indi evsiz qalıb və daha bir çoxunun taleyi məlum deyil. Liviyalılara yardım və dəstək vermək üçün mübarizə aparırıq. Bu çərçivədə 10 milyon dollarlıq yardım ayrılıb. Axtarış-xilasetmə qrupları, həkimlər və yardım qruplarına, həmçinin, dəstək göstərən digər ölkələrə təşəkkür edirik.
Aysu Demokrat.az


