"Hazırda Ermənistanda vəziyyət gərrgindir. Rusiyanın "Vaqner" hərbi qruplaşmasının 12 min üzvünün orada olduğu bildirilir. Paşinyanın verdiyi bəyanatlardan sonra qeyd edilir ki, Rusiya onu devirib, Rusiya yönümlü siyasətçiləri hakimiyyətə gətirmək istəyir" .
Bunu Demokrat.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib.
O qeyd edib ki, Qərb və ABŞ isə Paşinyana dəstək olur.
"Paşinyan mühafizə xidmətinin rəisi Vanesyanı işdən azad etdi, əvəzinə onun müavinini təyin etdi. Buna səbəb həmin şəxsin Rusiyaya işləməsi və onun əli ilə dövlət çevrilişi etmək planı barədə Qərbin verdiyi kəşfiyyat məlumatları oldu.
Sentyabrın 9-da Xankəndidə keçirilən qeyri-qanuni seçkilər heç bir dövlət tərəfindən tanınmadı. Azərbaycan ərazisində hansısa qurumun seçki keçirməsi qanunsuz haldır. Paşinyan da bununla bağlı heç bir açıqlama vermədi, təbrik etmədi. Qarabağda vəziyyətin daha da gərginləşəcəyi gözlənilən haldır".
Törə Zeynallı Demokrat.az


