Dünya Özəl

Qanada karxanada partlayış nəticəsində 4 nəfər öldü

Qanada karxanada partlayış nəticəsində 4 nəfər öldü

Qərbi Afrika ölkələrindən biri olan Qananın Qərb əyalətində karxanada baş verən partlayış nəticəsində 4 nəfər ölüb.

Demokrat.az xəbər verir ki, bu barədə Qana Milli Fəlakətlərin İdarə Edilməsi Təşkilatı məlumat yayıb.

Bildirilib ki, Qərb əyalətinin Anto-Aboso bölgəsində Çin karxanasında partlayış baş verib.

Partlayışda 1-i çinli olmaqla 4 nəfər ölüb, 5 nəfər yaralanıb, bəzi şəxslər isə itkin düşüb.

Hadisə yerinə yanğınsöndürənlər göndərilib və axtarış-xilasetmə işləri davam edir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova