Dünya Özəl

Yunanıstanda sel nəticəsində ölənlərin sayı 10-a yüksəldi

Yunanıstanda sel nəticəsində ölənlərin sayı 10-a yüksəldi

Yunanıstanda şiddətli yağış və sel nəticəsində həyatını itirənlərin sayı 10 nəfərə çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə Mülki Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Pinio çayının daşması nəticəsində bir çox kənd su altında qalıb.

Həmçinin, sentyabrın 5-dən bəri davam edən sel nəticəsində ölənlərin sayı 10 nəfərə yüksəlib. 4 nəfərin isə itkin düşdüyü bildirilir.

Qeyd edək ki, bölgədə axtarış-xilasetmə əməliyyatları üçün 20 helikopter fəaliyyət göstərir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova