Dünya Özəl

Avropada qazın qiyməti 10 faizdən çox artdı

Avropada qazın qiyməti 10 faizdən çox artdı

Avropada təbii qaz qiymətləri 10 faizdən çox bahalaşıb.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, bahalaşmaya səbəb dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz ixracatçılarından biri olan Avstraliyada bəzi obyektlərin işçilərinin tətil aksiyası keçirməsi olub.

Nəticədə qazın qiyməti bu gün 10,5 faiz artaraq 36,2 avroya çatıb.

Qeyd edək ki, Avstraliyadakı təbii qaz qurğuları qlobal qaz qurğu təchizatının təxminən 5 faizini təmin edir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova