Dünya Özəl

İordan çayının qərb sahilində 18 fələstinli saxlanıldı

İordan çayının qərb sahilində 18 fələstinli saxlanıldı

İsrail qüvvələri İordan çayının qərb sahilində 18 fələstinlini saxlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə İsrail ordusundan verilən yazılı açıqlamada bildirilib.

Açıqlamaya görə, israil qüvvələri İordan çayının qərb sahilinin bir neçə bölgəsinə və Qaçqınlar Düşərgəsinə basqın edib.

Basqınlar zamanı 18 fələstinli nəzarətə alınıb.

Basqına qarşı çıxan fələstinlilər orduya daş və molotov kokteyli atıb, İsrail qüvvələrinin atəş açaraq cavab verib.

Nəticədə bir polis məmuru yüngül yaralanıb və xəstəxanaya yerləşdirilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova