"Parisdə keçiriləcək Olimpiya Oyunlarında Rusiya bayrağının nümayişinə icazə verilməyəcək".
Demokrat.az xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, Paris Olimpiya Oyunlarında Rusiyanın bayrağı yer ala bilməz:
"Rusiyanın müharibə cinayətləri törətdiyi bir vaxtda 2024-cü il Olimpiadasında yeri yoxdur. Buna baxmayaraq, rusiyalı idmançıların Olimpiya Oyunlarında fərdi iştirakı ilə bağlı qərar Beynəlxalq Olimpiya Komitəsinə məxsusdur.
Aysu Demokrat.az


