Dünya Özəl

İstanbulda İŞİD-ə qarşı əməliyyatı: 5 nəfər saxlanıldı

İstanbulda İŞİD-ə qarşı əməliyyatı: 5 nəfər saxlanıldı

İstanbulda İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda şübhəli bilinən 5 nəfər əcnəbi vətəndaş saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə İstanbul Polis İdarəsindən bildirilib.

Qeyd edilib ki, İdarənin antiterrorizm şöbə qrupları İŞİd terror təşkilatının fəaliyyətinin qarşısının alınması istiqamətində işlərini davam etdirir.

Son əməliyyatda terror təşkilatına üzv olmaqda şübhəli bilinən 5 əcnəbi vətəndaş saxlanılıb.

Şübhəlilər nəzarətə alınaraq İstanbul Təhlükəsizlik İdarəsinə aparılıb.

Aysu Demokrat.az

D
demokrat.az