Dünya Özəl

Fransada hicab taxan 67 şagird məktəbə buraxılmadı

Fransada hicab taxan 67 şagird məktəbə buraxılmadı

Fransada yeni tədris ilinin əvvəlində məktəbə hicab ilə gələn 67 şagird dərsə buraxılmayıb.

Demokrat.az xəbər verir ki, bu barədə "Euro News" məlumat yayıb.

Məlumata görə, məktəbə gələnlərdən 298 şagirdin hicablı olduğu aşkarlanıb və onlardan qadağaya əməl etməyən 67 nəfər geri qaytarılıb.

Digər şagirdlər isə başqa paltar geyinməyə razı olduqdan sonra məktəbə buraxılıb.

Qeyd edək ki, Fransanın Milli Təhsil Nazirliyinin məktəblərə göndərdiyi təlimata əsasən, qadağaya etiraz edən şagirdlərin ailələri ilə “dialoq prosesi” başlanacaq.

Prosesdən sonra yenidən hicab paltarı geyinmək istəyənlər məktəbdən qovulacaq.

Aysu Demokrat.az

D
demokrat.az