Moskvanı hədəf alan üç pilotsuz uçuş aparatı vurulub.
Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, səhər saatlarında Kaluqa və Tver vilayətləri üzərində iki PUA, paytaxta yaxın olan digər PUA isə İstra rayonu üzərində məhv edilib.
Moskva meri Sergey Sobyanin, dronların Kremldən təxminən 65 km şimal-qərbdə yerləşən İstra bölgəsində məişət xidmətləri obyektini zədələdiyini bildirib.
Mer başqa yerlərdə dağıntı və tələfat olmadığını açıqlayıb.
Sobyanin həmçinin bildirib ki, Tver vilayətində PUA-nın qalıqları Zavidovo kəndinə düşüb.
Aysu Demokrat.az


