Dünya Özəl

Trampın məhkəməsi canlı yayımlanacaq

Trampın məhkəməsi canlı yayımlanacaq

ABŞ-ın keçmiş prezidenti Donald Trampın məhkəmə prosesi televiziya və internet vasitəsilə canlı yayımlanacaq.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ KİV-i məlumat yayıb.

Donald Tramp və daha 18 müttəhimin Gürcüstanda 2020-ci ildə keçirilən prezident seçkilərinə müdaxilədə ittiham olunduğu məhkəmə prosesi davam edir.

Bütün proses və dinləmələr Fulton Rayon Məhkəməsinin "YouTube" kanalında və televiziyada canlı şəkildə yayımlanacaq.

Qeyd edək ki, bu Trampın açıq şəkildə keçiriləcək ilk məhkəməsidir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova