İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 16 fələstinlini saxlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə İsrail ordu qüvvələri məlumat yayıb.
Məlumata görə, Tulkerem, Əl Xalil, Betlehem, Ramallah və Cerico şəhərlərinin müxtəlif bölgələrində ordu tərəfindən reydlər həyata keçirilib.
Reydlər zamanı qeyd edilən şəhərlərdə 9, Kefr Kaddum qəsəbəsində isə 7 nəfər saxlanılıb.
Həmçinin, saxlanılanlar arasında İsrail qüvvələrinin Şura sədri Murad İstivinin də olduğu bildirilib.
Aysu Demokrat.az


