Kanadanın Saskaçevan əyalətindəki keçmiş kilsə internat məktəbində 93 uşaq məzarı müəyyən edilib.
Demokrat.az xəbər verir ki, bu barədə Yerli Bölgə Başçısı Cenni Volverin mətbuata açıqlama verib.
Onun sözlərinə görə, məktəb ərazisində araşdırmalar nəticəsində uşaqlara aid 93 məzar aşkarlanıb və onlardan 14-ü körpələrə aiddir.
Başçı həmçinin axtarış əməliyyatlarının davam etdiyini və daha çox məzar aşkarlanmasından narahat olduqlarını qeyd edib.
Qeyd edək ki, sözügedən internat məktəbi 1860-cı ildə istifadəyə verilib.
Aysu Demokrat.az


